YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Azərbaycanda gender bərabərliyinin təmin edilməsi üçün hüquqi qanunvericilik bazası yaradılıb

“Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaşlarımız, xüsusən də qadın və uşaqlar üçün uyğun şəraitin yaradılması, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür”. Bu fikri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, respublikanın Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə reallaşan önəmli layihələr bu siyasətin daha da güclənməsinə böyük töhfədir. Onun sözlərinə görə, Azərbaycan Hökuməti ailələrimizin rifahını, qadın iştirakçılığının artırılmasını və uşaqlarımızın sağlam və savadlı böyüməsini daim diqqətdə saxlayır.

“Azərbaycanda gender bərabərliyinin təmin edilməsi üçün hüquqi qanunvericilik bazası yaradılıb və gender ekspertizası aparılıb. Hazırda bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları fəaliyyət göstərir. Komitə tərəfindən “Məişət Zorakılığı üzrə” Məlumat Bankı yaradılıb. Eyni zamanda, BMT-nin Əhali Fondu ilə birgə “Azərbaycanda Gender Əsaslı Zorakılıqla Mübarizə” adlı ikiillik layihəyə start vermişik. Layihə çərçivəsində qanunvericiliyin daha da təkmilləşdirilməsi, Əlaqələndirmə Şurasının yaradılması və Milli Fəaliyyət Planının hazırlanması sahəsində bir sıra görüşlər keçirilib, müvafiq sənədlər hazırlanıb. Xüsusilə qadınların iqtisadi resurslara, informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin olunması, gender əsaslı zorakılığın aradan qaldırılması sahəsində işləri daha da gücləndirmişik”-deyə, Dövlət Komitəsinin sədri qeyd edib.