YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Azərbaycanın ixrac imkanlarının genişləndirilməsi istiqamətində müvafiq tədbirlər görülür

«Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkə iqtisadiyyatının davamlı və dayanıqlı inkişafı təmin edilib. Eyni zamanda, əlverişli biznes və investisiya mühitinin formalaşıb, sahibkarlıq fəaliyyəti genişlənib. Həmçinin, ölkədə rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının həcmi artıb, ölkəmizin iqtisadi-ticarət əlaqələrinin genişlənməsi üçün ardıcıl tədbirlər həyata keçirilib». Bu fikirləri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.

Ş.Mustafayev bildirib ki, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı, rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsi, ölkənin ixrac imkanlarının artırılması Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindəndir. Onun sözlərinə görə, 2014-cü ilin yanvar-iyul aylarında qeyri-neft sektorunun ümumi daxili məhsul istehsalında (ÜDM) xüsusi çəkisi 56 faizi ötmüş, qeyri-neft məhsullarının ixracı artıb.

«İqtisadiyyatın aparıcı sahəsinə çevrilmiş özəl sektorun inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədilə kompleks dövlət dəstəyi tədbirləri həyata keçirilir. Bu tədbirlərin nəticəsidir ki, artıq ölkə ÜDM-nin 80 faizdən çoxu özəl sektorun payına düşür. Azərbaycanın ixrac imkanlarının genişləndirilməsi istiqamətində də müvafiq tədbirlər görülür. Bu yaxınlarda Qazaxıstanda Azərbaycanın xaricdə ilk Logistik Mərkəzinin təməli qoyulub. Görülən dəstək tədbirlərinin nəticəsində Azərbaycanın ixrac imkanları genişlənib, qeyri-neft məhsullarının ixracı artıb. Bu gün rəqabətqabiliyyətli yerli məhsullar ənənəvi bazarlarla yanaşı, bir sıra xarici ölkələrə ixrac edilir. Bununla belə, müxtəlif məhsulların ixracı sahəsində ölkəmiz geniş potensiala malikdir»- deyə, nazir vurğulayıb.

 

 

 

DİGƏR Xəbərlər Arxiv