YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Stavropolda Rusiya-Azərbaycan regionlararası forumu keçiriləcək

Sentyabrın 28-də Stavropolda VIII Rusiya-Azərbaycan regionlararası forumu keçiriləcək

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, forumda hər iki ölkənin dövlət rəsmiləri, iqtisadiyyatın sənaye, kənd təsərrüfatı, ticarət, turizm, tikinti, maliyyə və konsaltinq, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edəcək.

Tədbir çərçivəsində forumun plenar iclası, sənaye, turizm, aqrar, səhiyyə və humanitar sahələr üzrə dəyirmi masalar keçiriləcək, Azərbaycan və Rusiya iş adamları arasında ikitərəfli görüşlər təşkil olunacaq.

Forumda əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması da nəzərdə tutulur.