YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Alim Quliyev: Faiz dərəcəsi alətinin transmissiya qabiliyyətinin yüksəldilməsi məqsədilə Mərkəzi Bank xüsusi monetar islahatlar proqramı hazırlayıb

«Qabaqcıl dünya təcrübəsi göstərir ki, korporativ idarəetmənin ən mühüm təməl prinsiplərindən biri də şəffaflıq və hesabatlılıqdır. Ən mütərəqqi korporativ idarəetmə standartlarını öz işində daim rəhbər tutan Mərkəzi Bankda bu prinsiplərə böyük əhəmiyyət verilir». Bu fikirləri Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev deyib.

A.Quliyev bildirib ki, Mərkəzi Bank 1996-cı ildən öz fəaliyyətində maliyyə hesabatlılıq standartlarına tam keçidi təmin edib, 2000-ci ildən etibarən ölkənin bank sektorunda bankın rəhbərliyi ilə maliyyə hesabatlarının beynəlxalq standartları tam tətbiq olunur. Strateji yol xəritələri üzrə Mərkəzi Banka həvalə olunmuş vəzifələri iki istiqamətdə qruplaşdırmaq olar: effektiv pul siyasəti rejiminin tətbiq edilməsi və dinamik və sağlam institutlardan ibarət maliyyə sisteminin formalaşdırılması. Effektiv pul siyasəti rejiminin tətbiqi iqtisadiyyatda neftin qiymətinin kəskin aşağı düşməsi ilə başlayan yenidənbalanslaşma prosesləri fonunda pul-məzənnə siyasətinin yeni çağırışlara uyğun olaraq sərtləşdirilməsi ilə bağlıdır. Mərkəzi Bank konservativ pul proqramına uyğun olaraq pul bazasının artım kanallarını nəzarətə götürüb.

«Faiz dərəcəsi alətinin transmissiya qabiliyyətinin yüksəldilməsi məqsədilə Mərkəzi Bank xüsusi monetar islahatlar proqramı hazırlayıb. Hazırda proqram Maliyyə Sabitliyi Şurası tərəfindən müzakirə olunur. Proqramın qəbulundan sonra ölkənin effektiv pul bazarının formalaşdırılması işləri başa çatdırılacaq. Dinamik və sağlam institutlardan ibarət maliyyə sisteminin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər maliyyə bazarlarında rəqəmsallaşmanın, bazar iştirakçılarının bilik və bacarıqlarının artırılmasına yönəldilib. Bu tədbirlərin məqsədi biznes subyektlərinin maliyyə resurslarına səmərəli çıxışının təmin edilməsi və iqtisadiyyatda maliyyə inklüzivliyinin artırılmasıdır»- deyə, A.Quliyev vurğulayıb.