YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Azərbaycanda iqtisadi islahatların yeni mərhələsinin başlanması ilə əlaqədar mühüm işlər aparılır

“Son illər ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, yenidənqurma və quruculuq işləri ciddi nəticələr verməkdədir”. Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, dünyada baş verən hadisələri izləyərkən şəffaflığın pozulmasının, korrupsiyaya qarşı mübarizənin zəif olmasının dünyanın bir çox ölkələrində təlatümlü problemlər yaratdığını, sosial gərginliyi artırdığını, bütövlükdə iqtisadi tərəqqinin qarşısını aldığını görürük. Onun sözlərinə görə, Azərbaycanda hər bir sahədə şəffaflıq yüksək səviyyədədir.

“Azərbaycanda iqtisadi islahatların yeni mərhələsinin başlanması ilə əlaqədar mühüm işlər aparılır. Strateji yol xəritəsi mühüm fundamental sənəddir, iqtisadi inkişafın, sosial həyatın bütün sahələrini əhatə edir. Bu yaxınlarda aparılan monitorinq və qiymətləndirmələr bir daha sübut edir ki, Azərbaycanda dövlət nəzarət sistemi uğurla davam etdirilir, sistemin təkmilləşdirilməsi istiqamətində cəsarətli addımlar atılır. Bütün bunlar ölkəmizdə iqtisadi inkişafın, sosial tərəqqinin daha da genişlənməsinə imkan yaradacaq”- deyə, komitə sədri vurğulayıb.