Xəbərlər
Ramin Quluzadə: Beynəlxalq tranzit üçün əlverişli coğrafi mövqeyə malik Azərbaycanda nəqliyyat sahəsi xüsusi əhəmiyyət kəsb edir

«Beynəlxalq tranzit üçün əlverişli coğrafi mövqeyə malik Azərbaycan Respublikasında nəqliyyat sahəsi xüsusi əhəmiyyət kəsb edir». Bu fikri nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.
R.Quluzadə bildirib ki, nəqliyyat sektorunda nəhəng regional layihələr həyata keçirilir. Onun sözlərinə görə, bu layihələr sektorun inkişafına, ölkəmizin tranzit potensialının gücləndirilməsinə, nəqliyyat təhlükəsizliyinin təmin olunmasına xidmət edir.
«Həyata keçirilən tədbirlər nəticəsində sərnişin və yükdaşıma asanlaşır. Bu da ölkə iqtisadiyyatı, regionların inkişafına birbaşa təsir göstərir»- deyə, nazir vurğulayıb.