Xəbərlər
Aİ-nin siyasət və təhlükəsizlik məsələləri üzrə nümayəndə heyəti Bakıya səfər edəcək

Avropa İttifaqının (Aİ) siyasət və təhlükəsizlik məsələləri üzrə nümayəndə heyəti Bakıya səfər edəcək.
Bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskas deyib. /Trend/
30 nəfərdən ibarət olan, o cümlədən 28 ölkənin səfirinin daxil olduğu nümayəndə heyətinin Bakıya oktyabrın 3-də gələcəyi gözlənilir.
K.Yankauskasın sözlərinə görə, səfər zamanı əsas diqqət Aİ ilə Azərbaycan arasında siyasət və təhlükəsizlik sahələrində əməkdaşlığa yönələcək.