YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Yeni Saziş ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edir

“Azəri”, “Çıraq” və “Günəşli” yataqlarına dair yeni Sazişin imzalanması tarixi hadisədir. Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, imzalanmış kontrakt ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edir.

«Kontrakta əsasən, adı çəkilən yataqların işlənilməsi 2050-ci ilə qədər uzadılır. Sazişdə Azərbaycan üçün daha əlverişli şərtlər nəzərdə tutulub. Bu, Azərbaycan xalqının həyatında yeni mərhələnin başlanması deməkdir. Kontrakt ölkəmizin iqtisadi qüdrətinin güclənməsi, maliyyə imkanlarının genişləndirilməsi baxımından çox əhəmiyyətlidir»- deyə, komitə sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv