YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Gənclər Birliyinin II konfransı keçirilmişdir

Sentyabrın 19-da Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Gənclər Birliyinin II konfransı keçirilmişdir. 

Konfransda 55 nəfər iştirak etmişdir. Tədbirdə millət vəkili Fuad Muradov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov və digər qonaqlar iştirak etmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında başlamış,  Ulu öndər Heydər Əliyevin gənclərə ayırdığı xüsusi diqqəti özündə əks etdirən video-çarx nümayiş  etdirilmişdir. Video - çarxda Yeni Azərbaycan Partiyasının banisi, siyasi fəaliyyəti ilə daima gənclərə örnək olan Heydər Əliyevin çıxışlarına, gənclərə müraciətinə xüsusi yer verilmişdir.  

Konfransda Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov çıxış edərək, rayon təşkilatının ictimai - siyasi fəaliyyətindən, partiyanın siyasi kursunun əsas aspektlərindən bəhs etdi.

Sonra Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Gənclər Birliyinin gördüyü işlər barədə hesabat dinlənilmişdir. Dəvət olunan qonaqların çıxışlarından sonra partiyanın fəal üzvlərinə Fəxri Fərmanlar, yeni YAP üzvlərinə partiya  üzvlük vəsiqələri verilmişdir. Səsvermə yolu ilə  Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Gənclər Birliyinin 21 nəfərdən ibarət Şurası, 11 nəfərdən ibarət İdarə Heyəti, yeni sədr və sədr müavinləri seçilmişdir. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Gənclər Birliyinin sədri Həşimli Mehman Vahid oğlu seçilmişdir.