Xəbərlər
Dünya Bankı: Azərbaycan 25 il ərzində öz regionunda ən böyük artım nümayiş etdirib
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/9886b3a47a21079f2bed3e0dc6ac46a1.jpg&w=360)
Azərbaycan 25 il ərzində Avropa və Mərkəzi Asiya regionunda ən böyük artım nümayiş etdirib.
Bunu Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə regional vitse-prezidenti Siril Müller Bakıda Azərbaycan və Dünya Bankı arasında əməkdaşlığın 25 illiyinə həsr olunmuş mərasimdə deyib.
S.Müller qeyd edib ki, DB 1990-cı illərdə, ölkə üçün ən çətin vaxtlardan etibarən Azərbaycanla olub:
"Əməkdaşlıq dövrü ərzində Azərbaycan mənim kurasiyamda olan regionda ən böyük artım nümayiş etdirib. Bu müddət ərzində ölkədə yoxsulluğun səviyyəsi 10 faizdən aşağı düşüb".