Xəbərlər
Prezident İlham Əliyev Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/c194a4acaa425e842759178406d22348.jpg&w=360)
Avqustun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisinə başlamaq üçün 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.