YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rob Sobhani: "Azəri-Çıraq-Günəşli" üzrə sazişin uzadılması Azərbaycanın enerji dəhlizi rolunu daha da gücləndirəcək

“Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi üzrə sazişin uzadılması Azərbaycanın dünya bazarlarına çıxan enerji dəhlizi kimi rolunu daha da gücləndirəcək.

Bunu ABŞ-ın “Caspian Group Holdings” şirkətinin baş direktoru Rob Sobhani deyib.

O qeyd edib ki, 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın qlobal enerji bazarlarında rolunu möhkəmləndirdi: ““Əsrin müqaviləsi” təkcə Azərbaycanın kommersiya maraqlarını təmin etmədi, həm də ölkədə dayanıqlı iqtisadi inkişafın əsasını qoydu. Bundan başqa, bu Azərbaycana yoxsulluq problemini uğurla həll etməyə imkan verdi”.

R.Sobhani qeyd edib ki, layihədə SOCAR-ın payının artması Azərbaycanda iqtisadi inkişafı artırmağa imkan verəcək.

Onun sözlərinə görə, “AÇQ” üzrə sazişin uzadılması qlobal investorlara onu ifadə edir ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında investisiyalar üçün etibarlı və təhlükəsiz ölkə hesab olunur.

O əlavə edib ki, Azərbaycandakı stabillik ölkəyə investorları cəlb edən əsas amillərdən biridir.