YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Giorgi Kvirikaşvili: Saziş Azərbaycanın qlobal enerji təchizatçısı kimi özünü doğrultmaqda davam etdiyini göstərir

Birgə işlənilmə və Hasilatın Pay Bölgüsü Sazişinin uzadılması tarixi əhəmiyyət daşıyır və Azərbaycanın qlobal enerji təchizatçısı kimi özünü doğrultmaqda davam etdiyini göstərir.

Bu fikir Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilinin Prezident İlham Əliyevə ünvanladığı məktubda əksini tapıb.

Baş nazir qeyd edir ki, “Azəri-Çıraq-Günəşli” yataqlarına aid hər hansı irəliləyiş iqtisadi tərəqqini əks etdirir və siyasi əhəmiyyətə malikdir. Etibarlı tranzit ölkə olaraq və Azərbaycanı strateji tərəfdaş kimi tanıyaraq, Gürcüstan bu cür çox mühüm hadisəni xüsusi alqışlayır və ümid edir ki, əməkdaşlığımız bundan sonra da genişlənəcək və güclənəcək.

Giorgi Kvirikaşvili ümid etdiyini bildirir ki, birgə enerji layihələrinin həyata keçirilməsi Azərbaycanda neft və qaz yataqlarının işlənilməsi əsasında genişlənəcək.