YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sona Əliyeva: Ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb

«Ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb və bu proses davam etməkdədir». Bu fikri yap.org.az saytına Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, bu proses təkcə paytaxt ilə məhdudlaşmır, ən ucqar bölgələri də əhatə edir. Təsadüfi deyil ki, son 13 ildə respublika ərazisində heç bir dövrdə müşahidə olunmadığı qədər məktəb binası tikilib, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunub, köhnə tədriz müəəssisələri bərpa və əsaslı təmir edilib.

«Hazırda biz yeni dərs ili ərəfəsindəyik. Sentyabrın 15-də bütün təhsil müəssisələrində yeni tədris ilinə start veriləcək. Ənənəvi olaraq bu dərs ili ərəfəsində də dövlətimizin başçısı İlham Əliyev yeni tikilən və ya əsaslı təmir olunaraq istifadəyə verilən məktəblərin açılışında iştirak edir və görülən işlərlə şəxsən tanış olur. Bütövlükdə, son 13 ildə ölkəmizdə 3 mindən artıq məktəb tikilərək istifadəyə verilib və ya əsaslı şəkildə təmir olunub.  Bu prosesdə Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusilə qeyd olunmalıdır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycan təhsilinin inkişafına mühüm töhfələr verir»- deyə, komitə üzvü qeyd edib.