YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Vyetnam arasında münasibətlər yüksək templə inkişaf edir

Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Bahar Muradova sentyabrın 12-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Siyasi Büronun üzvü, Vyetnam KP MK-nın xalq kütlələri ilə iş şöbəsinin müdiri xanım Çionq Txi Mayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bahar Muradova ölkələrimiz arasında münasibətlərin yüksək templə inkişaf etdiyini bildirib. Belə görüşlərin ikitərəfli əməkdaşlığa böyük töhfə verdiyini deyən Milli Məclis sədrinin müavini hər iki ölkənin son 25 ildə sürətlə inkişaf etdiyini vurğulayıb. Bu inkişaf xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. İki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq mövcuddur. Azərbaycan dövləti müstəqil siyasət yürüdür. Beynəlxalq təşkilatlar çərçivəsində ikitərəfli sıx münasibətlər qurulub. Prezidentlərimizin əlaqələri yüksək səviyyədədir. Siyasi əməkdaşlıq ölkələr arasında əlaqələri daha da inkişaf etdirir. Bu əlaqələrin inkişafı bizim üçün böyük əhəmiyyət daşıyır. Vyetnam sürətlə inkişaf edir və bu, bizi çox sevindirir.

Xanım Çionq Txi May da ikitərəfli münasibətlərdən söhbət açıb. Qeyd edib ki, bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 ili tamam olur. Yüksək səviyyəli qarşılıqlı səfərlər mövcud əlaqələrin inkişafına töhfə verir. Azərbaycanın əldə etdiyi uğurlara sevinirik. Biz Azərbaycandakı inkişafın şahidi olduq. İqtisadi əlaqələrin daha da inkişafına ehtiyac var. Sahibkarların qarşılıqlı və maneəsiz çalışması üçün razılaşmalar imzalanmalıdır. Parlament isə bu işdə böyük rol oynaya bilər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.