YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Horadiz şəhərində Bayraq Meydanında yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Horadiz şəhərində Bayraq Meydanında yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısına məlumat verildi ki, 10 hektar ərazidə salınan Bayraq Meydanından bütün Horadiz şəhəri görünür. Burada geniş yaşıllaşdırma və abadlıq işləri görülüb. Meydana qalxmaq üçün sağ və sol tərəflərdə hər biri 287 pillədən ibarət olan sütunlu pilləkən tikilib.

Əraziyə avtomobil yolu çəkilib və dayanacaq inşa olunub. Bayraq dirəyinin yerdən hündürlüyü 68 metrdir və demək olar ki, bütün ətraf ərazilərdən aydın görünür. Meydanın əhəmiyyətini artıran mühüm amillərdən biri də burada 3 istirahət guşəsinin yaradılmasıdır. Beləliklə, Horadizdəki Bayraq Meydanı və burada ucaldılan dövlət bayrağı da öz möhtəşəmliyi ilə diqqəti cəlb edir.

DİGƏR Xəbərlər Arxiv