YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İslam Əməkdaşlıq Təşkilatı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası arasında anlaşma Memorandumu imzalanıb

Astanada İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) arasında Anlaşma Memorandumu imzalanıb.

Türk Şurası katibliyindən verilən məlumata görə, sənəd İƏT-in elm və texnologiya üzrə birinci Sammiti çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov tərəfindən imzalanıb.

İki təşkilat arasında əməkdaşlıq əlaqələrini möhkəmləndirəcək memorandum, həmçinin Türk Şurasının İslam Əməkdaşlıq Təşkilatına müşayiətçi statusu ilə üzvlüyünə əsas verir.