YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə birinci Sammitində iştirak etmək üçün sentyabrın 9-da Qazaxıstan Respublikasına işgüzar səfərə gəlib.

Astana şəhərinin Nursultan Nazarbayev beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Qazaxıstan Baş nazirinin müavini Yerbolat Dosayev və digər rəsmi şəxslər qarşıladılar.