Xəbərlər
Əfqanıstan Avropa bazarlarına Azərbaycan vasitəsilə çıxmaq niyyətindədir

Əfqanıstan Avropa bazarlarına Azərbaycan vasitəsilə çıxmaq niyyətindədir.
Bunu Əfqanıstanın Ticarət-Sənaye Palatasının nümayəndəsi Siyam Psarlai deyib.
Onun sözlərinə görə, son iki il ərzində Əfqanıstanla Azərbaycan arasında ticarət münasibətləri daha da yaxşılaşıb.
Əfqanıstanın Ticarət-Sənaye Palatası ölkə hökumətinə bu cür imkanlardan istifadə edərək Azərbaycan vasitəsilə Avropaya məhsul tədarükünü artırmağı təklif edib.