Xəbərlər
NATO Hərbi Komitəsinin rəhbəri və Rusiya SQ Baş Qərargahının rəisi Bakıda görüşəcək
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/522683a3e79d787bee15e98b53b39f3e.jpg&w=360)
NATO-nun Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Valeri Gerasimov NATO və Rusiya arasında münasibətlərin dondurulması qərarından sonra ilk görüşlərini Bakıda keçirəcək.
Bu barədə NATO-nun kommünikesində deyilir.
Sənəddə qeyd edilir ki, bu görüş iki general arasında 2017-ci il martın 3-də baş tutmuş telefon danışığının davamı ola bilər.