YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Azərbaycanda qeyri-formal məşğulluğu formal məşğulluğa çevirmək istiqamətində iş aparılır

Azərbaycan hökumətinin siyasətinin başlıca məqsədlərindən biri əhalinin məşğulluğunun təmin edilməsidir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov "Formal məşğulluq sosial hüquqların reallaşdırılması şərti kimi" adlı konfransda deyib.

Əli Əhmədov bildirib ki, Azərbaycanda işsizliyin səviyyəsi 5 faizə enib.

Baş nazirin müavini qeyd edib ki, əhalinin məşğulluğu və sosial hüquqların qorunması bir-biri ilə sıx bağlı olan məsələlərdir: "İnsanların məşğulluğu təmin edildikdə onların sosial hüquqlarının təmin olunması zərurəti yaranır. Beləliklə, ilkin prioritet əhalinin məşğulluğunun təmin edilməsi, ikinci məsələ isə məşğul əhalinin sosial hüquqlarını təmin etməkdir".

Əli Əhmədov deyib ki, bu gün Azərbaycanda qeyri-formal məşğulluğu formal məşğulluğa çevirmək istiqamətində iş aparılır.

Əli Əhmədov vurğulayıb ki, Azərbaycanda əhalinin artımı da sürətlə gedir: "Ona görə də hər il Azərbaycanda 100 min yeni iş yeri yaratmalıyıq ki, işsizliyin səviyyəsi yüksək olmasın".