YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri arasında keçirilən VI üçtərəfli görüşün yekunu olaraq Bakı Bəyannaməsi imzalanıb

Bu gün Bakıda Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri - Elmar Məmmədyarov, Mixail Canelidze və Mövlud Çavuşoğlu arasında keçirilən VI üçtərəfli görüşün yekunu olaraq Bakı Bəyannaməsi imzalanıb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, siyasi dialoq və xüsusi üçtərəfli layihələrin yerinə yetirilməsi baxımından mühüm platforma kimi xarici işlər nazirlərinin öncəki üçtərəfli görüşlərində qəbul edilmiş Trabzon Bəyannaməsi, Batumi Birgə Komünikesi, Gəncə, Qars və Tbilisi Bəyanatlarına sadiqlik vurğulanıb.

Üç dövlət arasında ikitərəfli və üçtərəfli əməkdaşlığın yüksəlməsindən məmnunluq ifadə edilib və strateji tərəfdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın daha da genişləndirilməsinə sadiqlik bir daha təsdiqlənib. Həmçinin, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və qəti dəstək bir daha bəyan edilib. Regionda davam edən mövcud münaqişələrin sülh, sabitlik və iqtisadi inkişafa xələl gətirdiyi və beynəlxalq hüququn qeyd edilmiş prinsipləri əsasında siyasi həll tələb etdiyi vurğulanıb.

Qeyd olunur ki, Azərbaycanın Dağlıq Qarabağ regionunda və ətraf bölgələrdə münaqişənin və Gürcüstanda münaqişənin ən qısa zamanda beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, həmçinin BMT, ATƏT və Avropa Şurasının müvafiq qətnamələri və qərarlarına uyğun olaraq həll edilməsinin labüdlüyü bir daha bəyan edilib.

DİGƏR Xəbərlər Arxiv