YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Polşanın milli müdafiə naziri Antoni Maçereviçlə görüşüb

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Polşaya səfəri çərçivəsində sentyabrın 5-də bu ölkənin milli müdafiə naziri Antoni Maçereviçlə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, görüşdə ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi texniki sahələrdə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Regiondakı və beynəlxalq hərbi-siyasi vəziyyətə toxunan tərəflər bölgədə və dünyada sabitliyin təmin olunmasının əhəmiyyətini vurğulayaraq, sıx əməkdaşlığın ölkələrimizin təhlükəsizliyinə və inkişafına töhfə verəcəyini qeyd ediblər.

DİGƏR Xəbərlər Arxiv