YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Lənkərana səfəri çərçivəsində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lənkəran rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Prezident İlham Əliyevə abidənin ətrafında, eləcə də rayonda görülən abadlıq-quruculuq işləri barədə məlumat verdi.