YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Səmədov: Bilik Fondu Ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsinə, banisi olduğu azərbaycançılıq məfkurəsinin geniş təbliğinə xüsusi önəm verəcək

«Bu gün Azərbaycanın hərtərəfli inkişafı göz qabağındadır. Ölkəmizin iqtisadi, siyasi, hüquqi, mədəni sahələrdə inkişafını dünyanın bir çox ölkələri, beynəlxalq təşkilatları dilə gətirir, bu inkişafı yüksək dəyərləndirirlər. Azərbaycan vətəndaşlarının ölkənin daxili və xarici siyasətini, aparılan islahatları, görülən işlərin nəticələrini bilib dəyərləndirməsi, aydın dərk etməsi çox vacibdir. İnsan özünü, yaşadığı ölkəni daha yaxşı tanımalıdır. Bununla bərabər, insan dünyanı daha yaxşı tanımalıdır». Bu fikirləri Azərbaycan Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov deyib.

O.Səmədov bildirib ki, Bilik Fondunun Nizamnaməsində üç əsas fəaliyyət istiqaməti göstərilib. Onun sözlərinə görə, bunlar ölkə əhalisinin daha sistemli və dərindən maarifləndirilməsi, ölkənin daxili və xarici siyasətinin mahiyyətinin insanlara çatdırılmasından, xaricdə əldə edilən elmi nailiyyətlərin ölkəmizə gətirilməsindən ibarətdir.

«Bu mənada Bilik Fondu Ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsinə, banisi olduğu azərbaycançılıq məfkurəsinin geniş təbliğinə, dövlət siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi həyatda baş verən hadisələrin mahiyyətinin açıqlanması və əhalinin bütün təbəqələrinə çatdırılmasına xüsusi önəm verəcək. Biz ölkə əhalisinin bütün təbəqələrinin nümayəndələrini nur yayan bilik çırağı ətrafında toplamağı düşünürük. Bu istiqamətdə ən önəmli vəzifəmiz yerli ziyalı potensialından, yerli yeniyetmə və gənclərin gücündən məqsədəuyğun istifadə etməkdir»- deyə, O.Səmədov vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv