YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Norika Nikolai: Ümid edirik Azərbaycanla Avropa İttifaqı arasında tezliklə ticarət sazişi imzalanacaq

Avropa Parlamentinin Rumıniyadan olan deputatı Norika Nikolai “PSnews.ro” xəbər portalına müsahibəsində Avropa Parlamentində keçiriləcək yeni sessiyaya hazırlıqlar barədə məlumat verib. Xanım deputat Avropa İttifaqı (Aİ) və Azərbaycan, Avropa İttifaqı və Koreya Respublikası arasında tərəfdaşlıq və əməkdaşlıq sazişlərini nəzərdə tutan fəaliyyətini davam etdirəcəyini söyləyib.

Azərbaycanla Aİ arasında münasibətlərə toxunan N.Nikolai əlaqələrin yüksək templə inkişaf etdiyini bildirib, payızda bununla bağlı birinci məruzənin hazır olacağını deyib. O, məruzədən sonra Avropa İttifaqı ilə Azərbaycan arasında ticarət sazişinin imzalanacağına ümid etdiyini vurğulayıb. Xanım deputat Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq tərəfdaşlıq və əməkdaşlıq sazişinin əhəmiyyətini qeyd edib.

DİGƏR Xəbərlər Arxiv