YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan səfiri Macarıstanın yüksək ordeni ilə təltif edilib

Macarıstan Prezidenti Yanoş Aderin imzaladığı fərmanla Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev yüksək hökumət mükafatı – “Xidmətlərə görə” ordeninin komandor dərəcəsi ilə (II dərəcə) təltif edilib.

Bu barədə məlumat rəsmi hökumət bülletenində dərc olunub.

Səfir bu mükafata Macarıstan ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin inkişafındakı səmərəli fəaliyyətinə görə layiq görülüb.