YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan ordusunda ərzaq, su və tibbi xidmətlə bağlı ciddi problemlər mövcuddur

Ermənistanın “Demokratiya bu gün” ictimai təşkilatı ordudan tərxis edilmiş 200 hərbi qulluqçu arasında sorğu keçirib. Araşdırmalar əsasında “Ermənistanda ordunun sağlamlıq hüququnun əsas məqamları” nəşri hazırlanıb.

Ordudan tərxis olunan gənclərin fikrinə görə, bəzi hərbi hissələrdə, döyüş mövqelərində keyfiyyətli ərzaq, qarşılıqlı nizamnamə qaydaları, tibbi xidmət, təmiz su və digər sahələrdə çoxlu problemlər mövcuddur.

Sorğuda iştirak edənlər hərbi hissələrdə psixoloqların olmasının vacibliyini bildiriblər.

Bunu nəşrin müəlliflərindən olan Anna İşxanyan jurnalistlərlə söhbət zamanı bildirib.

DİGƏR Xəbərlər Arxiv