YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gündüz İsmayılov: Hazırda dövlət-din münasibətlərinin müsbət irəliləyişi göz önündədir

«Dini zəminli münaqişələrin baş verdiyi qlobal dünyada İslam həmrəyliyi anlayışı təkcə müsəlman aləmində deyil, eyni zamanda İslam dini ilə digər dinlər arasında həmrəyliyi nəzərdə tutur və olduqca həssas mətləblərdən xəbər verir». Bu fikri yap.org.az saytına müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

G.İsmayılov bildirib ki, müasir dövrdə Yaxın və Orta Şərqdə yaşanan neqativ hallara nəzər salsaq, dövlət başçımızın bu qərarının beynəlxalq aləmin diqqətinin mövcud problemlərə yönəltməyə çalışması baxımından çox ciddi addım olduğunu görərik. Çünki Azərbaycan bu addımı ilə dünyaya sülh, dostluq, qardaşlıq mesajı ünvanlamış olur. Üstəlik, ölkəmizin bütün dünyada tolerantlıq, mədəniyyətlərarası dialoq, həmrəylik məkanı kimi tanınması bu mesajın ünvanına doğru şəkildə çatacağına şübhə doğurmur.

«Bütün bunlar ölkəmizdə digər sahələrdə olduğu kimi, dövlət-din münasibətləri sahəsində də aparılan uğurlu siyasətin nəticəsidir. Müstəqilliyimizin bərpasından sonra respublikamızda dini fəaliyyət sahəsində dözümlülük mühiti yeni bir dövrə qədəm qoydu, dini etiqad azadlığına geniş imkanlar açıldı, bu sahənin normal fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradıldı. Hazırda dövlət-din münasibətlərinin müsbət irəliləyişi göz önündədir. Ölkəmizdəki dini tolerantlıq və multikulturalizm dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir ki, bu da dünya ölkələri, xüsusilə müsəlman respublikaları tərəfindən rəğbətlə qarşılanır»- deyə, G.İsmayılov qeyd edib.