YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səudiyyə Ərəbistanı və Rusiya neft hasilatının azaldılması üzrə sazişin müddətinin uzadılmasına çalışırlar

Səudiyyə Ərəbistanı və Rusiya Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə üzv olmayan bəzi ölkələr ilə əldə edilən neft hasilatının azaldılması üzrə sazişin müddətinin uzadılmasına çalışırlar.

“Wall Street Journal”ı xəbər verir ki, Rusiya və Səudiyyə Ərəbistanının neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin iyun ayının sonuna qədər uzadılması üçün digər ölkələri də razı salmağa çalışırlar.

Məlumata görə, Rusiyanın energetika naziri Aleksandr Novak ilə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih keçən ay Sankt-Peterburqda keçirdikləri yığıncaqda OPEC və qeyri-OPEC ölkələri ilə əldə edilən neft hasilatının azaldılması üzrə sazişin müddətinin daha 3 ay uzadılmasını müzakirə ediblər.