YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan yeni həmsədri vəzifəsinin icrasına başlayıb

ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Noyert Endrü Şoferin ATƏT-in Minsk qrupunun ABŞ-dan olan yeni həmsədri təyin edilməsi ilə əlaqədar avqustun 28-də bəyanatla çıxış edib.

Bəyanatda deyilir: “Cənab Şofer Avropada və beynəlxalq təşkilatlarda qazandığı böyük iş təcrübəsini özü ilə birlikdə bu vəzifəyə gətirəcək”. Bəyanatda qeyd edilir ki, Birləşmiş Ştatlar əvvəlki kimi qəti şəkildə Minsk qrupu prosesinə və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və davamlı nizamlanmasına müvəffəq olmaqda tərəflərə kömək göstərməyə tərəfdardır. H.Noyert təsdiq edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn, o cümlədən Helsinki Yekun Aktının norma və prinsipləri əsasında ədalətli həllini dəstəkləyir. O deyib: “Endrü Şofer tərəflərin bu məqsədə çatmalarına kömək etməyə ümid bəsləyir”.

Bəyanatda vurğulanır ki, ABŞ Endrü Şoferin təyinatı barədə Azərbaycan və Ermənistan hökumətlərini məlumatlandırıb. Endrü Şofer yeni vəzifəsinin icrasına dərhal başlayacaq.