YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: Bu gün Azərbaycan gəncliyi ölkəmizi dünyada layiqincə təmsil etməkdədir

«YAP Gənclər Birliyində dövlətçiliyimizi dəstəkləyən, Ulu öndər Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin ətrafında sıx birləşən gənclər birləşib. Bizim üçün əsas məram, yeganə amal ölkəmizin inkişafı, vətəndaşlarımızın sosial rifahının yüksəlişi, o cümlədən, ölkəmizin beynəlxalq imicinin daha da yüksəlməsi və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllidir». Bu fikirləri YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

S.Orucov bildirib ki, bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev gənclərin bu arzularının reallaşması istiqamətində davamlı və qətiyyətli siyasət yürüdür. Onun sözlərinə görə, Azərbaycan qısa müddətdə iqtisadi-siyasi cəhətdən regionun lider dövlətinə çevrilib, hərbi potensialımız olduqca yüksək səviyyədədir.

«Vətəndaşlarımızın sosial rifahının yüksəldilməsi istiqamətində davamlı tədbirlər görülür, pensiyalar artılır, yeni iş yerləri yaradılır. Artıq bütün dünya dövlətləri ölkəmizi yaxın tərəfdaş qismində qəbul edir. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycan mütləq üstünlüklər əldə edib. Bütün bunlar Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezidentimiz tərəfindən uğurla davam etdirilən siyasi kursun uğurlarıdır. Digər tərəfdən, bu gün gənclərə münasibətdə mühüm addımlar atılır, layihələr reallaşdırılır. Bir məqamı vurğulayım ki, bu gün Azərbaycan gəncliyi ölkəmizi dünyada layiqincə təmsil etməkdədir. Dünyanın nüfuzlu ali məktəblərində minlərlə azərbaycanlı gənclər təhsil alır ki, onlar Azərbaycan həqiqətlərini təbliğ edirlər. Təbii ki, bu prosesdə dövlətimiz gənclərə güclü dəstəyi var. Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, gənclərimiz siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar»- deyə, S.Orucov vurğulayıb.