YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət respublikamızda bütün sahələrdə inkişaf göstəriciləri ilə müşayiət olunur

«Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət respublikamızda bütün sahələrdə yüksək inkişaf göstəriciləri ilə müşayiət olunur». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, ölkəmizdə müşahidə olunan  inkişaf həm də sosial məsələlərin həllinə əhəmiyyətli təsir edir. Onun sözlərinə görə, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.

«Ölkəmizin iqtisadi imkanları ilə birbaşa əlaqəli olan sosial məsələlərin həlli bütün dövrlərdə olduğu kimi, bu gün də dövlətin diqqət mərkəzindədir. Azərbaycan bu gün inkişafının elə mərhələsindədir ki, qazanılmış makroiqtisadi nailiyyətlər cəmiyyət həyatının müxtəlif sahələrində tərəqqi və intibaha xidmət edən, hər bir vətəndaşın həyatında dəyişikliklərlə müşayiət olunan islahatları yüksək dinamizmlə gerçəkləşdirmək imkanı yaradır. Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir. Bu istiqamətdə görülmüş tədbirlər sistemində ünvanlılıq prinsipinə, aztəminatlı ailələrin, ailə başçılarını itirənlərin, şəhid ailələrinin, xüsusi qayğıya ehtiyacı olanların - əlillərin, ahıl vətəndaşların və uşaqların sosial müdafiəsi sahəsində mühüm tədbirlər həyata keçirilib və bu proses davam etməkdədir»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.