YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: ABŞ, Rusiya və bəzi Avropa ölkələri beynəlxalq terrorizmlə mübarizədə dialoqa cəlb edilməlidir

Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Astanada Elm və Ümumdünya Məsələləri üzrə 62-ci Paqouş konfransında İŞİD terror təşkilatı ilə bağlı ayrıca plenar sessiyanın keçirilməsinin qərara alınmasının təqdirəlayiq olduğunu bildirib. Deputat bu problemin üç ildən çoxdur müzakirə edildiyini, lakin İŞİD-in tamamilə məhv edilməsi üçün konkret nəticələrin olmadığını söyləyib. Azay Quliyev bu terror təşkilatı ilə bağlı məsələlərin beynəlxalq səviyyədə müzakirə edilməli olduğunu vurğulayıb. O deyib ki, ilk növbədə, bu terrorçu qrupun adından başlamaq lazımdır. Bəzən bir çox dövlətlər, xüsusilə BBC, CNN, NBC kimi beynəlxalq media qurumları İŞİD-dən danışarkən “İslam dövləti” adından istifadə edirlər. Bu, yolverilməzdir.

Dünyada baş verən son hadisələrın heç bir ölkənin terror hadisəsindən sığortalanmadığını göstərdiyini deyən deputat vurğulayıb ki, bütün ölkələr mümkün hücumların qarşısını almaq və ekstremizmə qarşı mübarizə aparmaq üçün öz individual maraqlarını kənara qoyub səylərini bir məqsəd – terrorla mübarizə üçün birləşdirməlidir.

ATƏT Parlament Assambleyası çərçivəsində terrorla mübarizə üzrə xüsusi komitə yaradıldığını diqqətə çatdıran vitse-prezident ABŞ, Rusiya və bir çox Avropa ölkələrinin beynəlxalq terrorizmlə mübarizə sahəsi ən yaxşı platforma olan bu komitənin fəaliyyətinə cəlb edilməsinin ndə dialoq və əməkdaşlıq üçün önəmini qeyd edib. O əlavə edib ki, bu komitə ATƏT PA-nın terrorizmlə mübarizə sahəsində səylərini yeni səviyyəyə qaldırmağa çalışacaq. Komitənin əsas məqsədləri parlamentlərarası dialoq və təcrübə mübadiləsi, eləcə də insan hüquqları prinsiplərinə tam riayət olunması şərtilə terrorizmlə mübarizə tədbirlərinin inkişafı çərçivəsində ATƏT PA-nın rolunun artırılmasıdır. Komitə bu məqsədləri həyata keçirmək üçün bütün imkanlara malikdir.