YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Jalə Əliyeva: Türk xalqları arasında birliyin güclənməsi tarixi zərurətə çevrilib

«Türk xalqları arasında birliyin güclənməsi tarixi bir zərurətə çevrilib. Xüsusilə, dünyanın qloballaşdığı şəraitdə bu birlik öz əhəmiyyətini daha da aktuallaşdırır». Bu fikirləri Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Jalə Əliyeva deyib.

J.Əliyeva bildirib ki, sovetlər birliyi süqut etdikdən sonra türkdilli dövlətlər arasında əlaqələrin genişlənməsi istiqamətində addımlar atılmağa başlayıb və bir sıra ciddi nəticələr əldə edilib. Onun fikrincə, Türkdilli Dövlətlərin Əlaqələndirmə Şurasının yaradılması da bu fəaliyyətin nəticəsidir.

«Türk dövlətləri arasında daha çox Azərbaycan və Türkiyə dərin münasibətlərə malikdir. Dövlətlərimiz arasında münasibətlər dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Əlbəttə, Azərbaycanın digər türkdilli ölkələrlə yaxşı əlaqələri mövcuddur. Amma biz bütün türkdilli ölkələr arasında əlaqələrin daha da dərinləşməsinə maraqlıyıq. Bütün türk dövlətlərinin strateji müttəfiqliyə qədər yüksəlməsi önəmlidir. Nəzərə alsaq ki, Mərkəzi Asiyada yerələşən türkdilli ölkələr də təbii sərvətlərə malikdir və onlar türk birliyini gücləndirmək üçün vahid enerji layihələrini həyata keçirə bilər. Bununla da, dünyada türkdilli ölkələrdən ibarət yeni bir güc mərkəzi formalaşması reallığa çevriləcək. Hesab edirəm ki, bu hədəflərə çatmaq üçün güclü potensial mövcuddur»- deyə, deputat qeyd edib.