YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə təbrik ünvanladı

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Ötən 20 il ərzində Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli və çoxtərəfli fəaliyyət sahələrində səmərəli əməkdaşlıq üzrə böyük təcrübə qazanılıb. Əhəmiyyətli siyasi dialoq, fəal parlamentlərarası əməkdaşlıq qurulub, iqtisadi, investisiya, elmi-texniki, humanitar və digər sahələrdə geniş əlaqələr yaradılıb. Həmçinin Belqrad ilə Bakı müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq həyata keçirirlər.

İnanıram ki, gələcəkdə də ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrini daha da inkişaf etdirəcək və qarşılıqlı maraq doğuran nəticələrin əldə olunmasında birgə səmərəli səylərimizi əsirgəməyəcəyik. Əminəm ki, bu, dost Serbiya və Azərbaycan xalqlarının maraqlarına tam uyğundur.

Fürsətdən istifadə edərək, Serbiya Respublikasının ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi ilə bağlı prinsipial mövqeyinizə və qondarma “Kosovo”nun birtərəfli şəkildə elan olunmuş müstəqilliyini tanımadığınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm”.