YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

RF Prezidentinin səlahiyyətli nümayəndəsi: Ermənistan rəhbərliyi müxtəlif intriqalarla Rusiyaya təzyiq göstərməyə çalışır

Ermənistan rəhbərliyi Avropa İttifaqı, NATO, ümumilikdə Qərb koalisiyası ilə yaxınlaşmaq kimi intriqa yolundan istifadə etməklə Rusiyaya təzyiq göstərməyə cəhd edir.

Bunu Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib.

S.Markov qeyd edib ki, Ermənistan rəhbərliyi bu addımı atmaqla bir neçə məsələni həll etməyə çalışır:

"Birincisi, Moskvanın Yerevana təzyiq göstərməməsi, Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ciddi və məzmunlu danışıqlar masasına qayıtmağa məcbur etməməsi üçün Rusiyaya təsir göstərməkdir. Məlumdur ki, Ermənistan rəhbərliyi danışıqların əleyhinə deyil, lakin məzmunlu danışıqların əleyhinədir və danışıqlarda sadəcə danışıqlar xatirinə iştirak etmək istəyir".

Politoloqun sözlərinə görə, Rusiyada güman edirlər ki, əgər konstruktiv danışıqlar prosesi davam etməsə, hərbi fəaliyyətin bərpası ehtimalı mövcuddur və mürəkkəb şəraitdə ciddi və məzmunlu danışıqları bərpa etmək doğru olardı.

Ekspert bildirib ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsi üzrə indiki vəziyyəti yaradır və Yerevan bu münaqişənin həllində irəliləyiş istəmir: "Əksinə, Dağlıq Qarabağ və işğal olunmuş ətraf ərazilər üzərində nəzarəti özündə saxlamaq istəyir".

S.Markov hesab edir ki, belə olan halda Ermənistanın gələcəkdə Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş əraziləri Azərbaycan tərəfinə güzəştə getmək şansı qalır:

"Avropa İttifaqı, ABŞ, ümumilikdə Qərb koalisiyası ilə yaxınlaşmaq kimi intriqa yolu ilə, həmçinin avqustun əvvəlində Gürcüstanda ABŞ-ın vitse-prezidenti Mayk Pensin himayəsi altında keçirilən NATO-nun "Layiqli tərəfdaş 2017" çoxmillətli təlimlərində iştirak etməklə Ermənistan rəhbərliyi Rusiyaya təzyiq göstərməyə çalışır".

Politoloq bildirir ki, ikincisi, Yerevan Aİ və ABŞ-la yaxınlaşmaq hesabına ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq istəyir: "Ermənistan rəhbərliyi çox gözəl başa düşür ki, Qərb, o cümlədən Aİ pulu elə-belə deyil, siyasi əməkdaşlıq üçün verir. Buna görə, Aİ ilə nə qədər siyasi əməkdaşlıq edilsə, bir o qədər çox pul gələr".

Ekspertin fikrincə, üçüncüsü, Ermənistan rəhbərliyi nə qədər ki ölkə daxilində qərbyönümlü və antirusiya mövqeyindən çıxış edən ciddi ictimai-siyasi qüvvələr mövcuddur, daxili siyasi vəziyyəti yaxşılaşdırmaq istəyir:

"İndi bəyanatlar səsləndirilir ki, Ermənistan Ukraynanın yolu ilə gedir, ölkədə guya "Maydan" hazırlanır. Buna görə də erməni "Maydan"ının yaranmasına yol verməmək, Ermənistanda bir sıra qərbyönümlü qüvvələri sakitləşdirmək, həmçinin ölkədə etirazlara Qərb tərəfindən mümkün dəstəyin qarşısını almaq üçün ölkə rəhbərliyi Aİ ilə yaxınlaşmağa getməyə məcburdur".