YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabiq Prezident Petar Stoyanov: Azərbaycan çox gözəl, nadir və tolerant ölkədir

Mənim Azərbaycana xüsusi sevgim var. Azərbaycan çox gözəl, nadir və tolerant ölkədir.

Bu fikirləri jurnalistlərə müsahibəsində Qlobal Gənc Liderlər Forumunda iştirak edən Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov deyib.

Sabiq Prezident bildirib ki, Azərbaycanda müxtəlif dinlərə mənsub insanlar sülh şəraitində birgə yaşayırlar. Bu Forum kimi mühüm beynəlxalq tədbirlərin keçirilməsi üçün Azərbaycan əla məkandır. Hər dəfə Bakıya gələndə paytaxtınızın necə dəyişdiyinin şahidi oluram.

Qlobal Gənc Liderlər Forumunun əhəmiyyətinə toxunan Petar Stoyanov vurğulayıb ki, gənc liderlər bizim gələcəyimizdir və buna görə də Forum çərçivəsində biz onlarla öz təcrübəmizi, ideyalarımızı, mövqelərimizi bölüşürük. Müzakirə olunan mövzuların aktuallığı, irəli sürülən yeni ideyalar, təkliflər, gənclərin fəallığı Forumun uğurlu nəticələr verəcəyini deməyə əsas verir.