YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Dövlət proqramlarının icrası ötən dövr ərzində bölgələrdə infrastruktur və keyfiyyət dəyişiklikləri yaradıb

«2004 - cü ildən icra olunan  regionların sosial-iqtisadi inkişafına dair  dövlət proqramları ötən dövr  ərzində Azərbaycanın  bölgələrində infrastruktur və keyfiyyət dəyişiklikləri yaradıb». Bu fikri  Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, proqramların icrası regionların iqtisadi inkişaf prosesində əhəmiyyətli rol oynayır. Onun sözlərinə görə, bütün bunların nəticəsində bölgələrin siması əhəmiyyətli dərəcədə dəyişib.

«Dövlət başçısının bölgələrə səfərləri, qəbul olunmuş proqramların icrası ilə şəxsən tanış olması, sahibkarlar ilə yerində görüşlər keçirməsi, bu işləri daha effektli etməklə yanaşı, həmin sektorlara böyük mənəvi dəstəkdir. Regionlarda sənayenin və aqrar sektorun inkişafı həm iqtisadi artıma səbəb olur, həm də əhalini yeni iş yerləri ilə təmin edir, özünüməşğulluğun səviyyəsini artırır və təbii ki, insanların həyat şəraitini yaxşılığa doğru dəyişir. Hesab edirəm ki, görülən işlər gələcəkdə daha da uğurlu nəticələr verəcək»- deyə, T.Rzayev vurğulayıb.