YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ təmsilçisi: Qlobal Gənc Liderlər Forumu gələcək uğurlarımızda bir açar ola bilər

Dünyanın müxtəlif ölkələrindən fərqli mədəniyyət və düşüncəyə malik gəncləri bir forumda toplamaq çox gözəl ideyadir. Biz burada müxtəlif peşə sahibləri ilə tanış olur, təcrübələrimizi bölüşür, yeni ideyalar irəli sürürük.

Bu fikirləri  Qlobal Gənc Liderlər Forumunun iştirakçısı, ABŞ-ın Nyu-York ştatında fəaliyyət göstərən Kornell Universitetində biologiya üzrə tədqiqatçı Svati Sureka söyləyib. O deyib: “Qlobal Gənc Liderlər Forumu gələcək uğurlarımızda bir açar ola bilər. Bu baxımdan Forumun böyük əhəmiyyəti var”.

Svati Sureka qeyd edib ki, Forumun panel iclaslarının mövzuları günümüzün aktual məsələlərini əhatə edir. Burada təcrübəli insanlarla müzakirələrin aparılması biz gənclərin fəaliyyət istiqamətlərini müəyyənləşdirməyə kömək edir.

Azərbaycana ilk dəfə gəldiyini deyən qonaq Bakıda keçiriləcək bu cür tədbirlərdə məmnuniyyətlə iştirak edəcəyini vurğulayıb.