YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Rumıniyada səfərdədir

Avqustun 27-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Rumıniya müdafiə naziri Mirçea Duşanın dəvəti ilə bu ölkəyə səfərə gəlib.

Nümayəndə heyətini Rumıniya müdafiə nazirliyi Baş Qərargahının rəis müavini, general Dumitru Skarlat qarşıladı.

Sonra rəsmi heyət Buxarest şəhərindəki “Tey Parkı - Heydər Əliyev Xiyabanı”nda Ümummilli Liderin büstünün önünə əklil və tər çiçəklər qoydular, Ulu Öndərin əziz xatirəsinə yüksək hörmət və ehtiramlarını ifadə etdilər.

Səfər çərçivəsində Rumıniyanın müdafiə naziri Mirçea Duşa və parlamentin deputatlar palatasının sədri Valeriu Zqonea ilə görüşlər keçirildi.

Görüşlərdə ölkələrimiz arasında hərbi əməkdaşlığın əsas istiqamətləri və perspektivləri müzakirə edilib. Hərbi-texniki, hərbi təhsil sahələrində, dağ təlimi, təlim mərkəzlərinin birgə istifadəsi, birgə təlimlərin keçirilməsi barədə razılıq əldə olunub. Həmçinin regional təhlükəsizlik məsələləri müzakirə edilib, Şərqi Avropada və Cənubi Qafqazda cərəyan edən hadisələr ətrafında fikir mübadiləsi aparılıb, hər iki ölkənin ərazi bütövlüyünün dəstəkləndiyi bir daha vurğulanıb.

Görüşlərdən sonra mətbuat konfransı keçirilib, tərəflərin bütün mövqelərinin üst-üstə düşdüyü qeyd edilib.

Avqustun 28-də Rumıniyanın iqtisadiyyat naziri Konstantin Nitsa ilə görüş keçiriləcək.