YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstan Prezidenti Azərbaycana minnətdarlıq edib

Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvili ölkə ərazisində baş verən meşə yanğınlarının söndürülməsində göstərdikləri köməyə görə Azərbaycana və Türkiyəyə minnətdarlıq edib.

Dövlət başçısı keçirdiyi brifinqdə təbii fəlakətin aradan qaldırılması üçün bütün dövlət resurslarının səfərbər edildiyini bildirib.

Gürcüstan Daxili İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda da Gürcüstan hökumətinin Azərbaycana təşəkkürü ifadə olunur.

“Gürcüstan hökuməti göstərilən köməyə görə Azərbaycan tərəfinə, xüsusilə də Prezident İlham Əliyevə minnətdarlıq edir”, - deyə məlumatda vurğulanır.