YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Hüseynov: Yeni iqtisadi siyasi kurs çərçivəsində aparılan islahatlar öz bəhrəsini verir

Yeni iqtisadi siyasət kursu ilə bağlı aparılan islahatlar öz bəhrəsini verir. Prezident İlham Əliyevin qərb bölgəsinə səfəri zamanı açılışını etdiyi obyektlər bunun əyani sübutudur. Milli Məclisin deputatı Aydın Hüseynovun sözlərinə görə bu, islahatların nə qədər ətraflı düşünülmüş, analtik iqtisadi təhlil  və kompleks yanaşma əsasında aparıldığını  göstərir. "Məsələn Göygöl Zona Baytarlıq Laboratoriyası və Respublika Süni Mayalanma Mərkəzini götürək. Məlumdur ki,  istər heyvandarlıq istərsə də əkinçilik sahəsində qərb regionu böyük potensiala malikdir. Amma qəbul etməliyik ki, indiyə qədər  bu potensialdan yetərincə istifadə olunmayıb. Bunun başlıca səbəblərindən biri də  elmi təcrübi yanaşmanın olmamasıdır.  Belə ki, hansı torpaqda hansı bitki daha səmərəli olması, yaxud düzgün  toxumun seçimi kimi məsələlər fərdi təssərrüfat sahiblərinin və fermerlərin nisbətən məhdud bilikləri və o qədər də geniş olmayan seçimləri əsasında aparılıb. Nəticədə  məhsuldarlıq heç də potensialı əks etdirməyib. Bundan əlavə heyvandarlığın inkişafında da elmi-təcrüb yanaşma olmayıb.  Amma sözü gedən Göygöl Zona Baytarlıq Laboratoriyası və Respublika Süni Mayalanma Mərkəzi bu sahədə böyük keyfiyyət dəyişikliyinə gətirib çıxaracaq.  Torpaqlardan təyinatına uyğun daha səmərəli istifadə ediləcək. " Respublika Süni Mayalanma Mərkəzi  mal-qaranın cins tərkibini yaxşılaşdırmaqla bu sahdə böyük keyfiyyət fərqi yaradacaq. Bu isə  heyvan mənşəli məhsulların istehsalında böyük artıma səbəb olacaq. ywni fermerlər eyni xərci çəkməklə istər ətlik, istərsə də südlük heyvanlardan daha çox gəlir əldə edəcəklər. Nəzərə alsaq ki azərbaycanın ət və südə olan tələbatı daxili istehsal hesabına ödənir, deməli ixracı üçün də  böyük imkanlar olacaq. Dövlət başçısının açılışını etdiyi obyektlər sırasında “Şəmkir Aqropark”nın Logistika Mərkəzi  xüsusi qeyd edilməlidir. Bu mərkəzin iqtisadi olduğu qədər də böyük sosial əhəmiyyəti var. Nəzərə almaq lazımdır ki, təxminən 180 nəfər burada işlə təmin olunub. Mərkəz tam gücü ilə fəaliyyət göstərəndə burada 274 nəfərin işləməsi nəzərdə tutulur.  Mərkəzdə  istixana kompleksi, şitilçiklik, tingçilik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, aqroservis və satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələri inşa olunacaq. Yəni  buradan istər daxili tələbat, istərsə də ixrac üçün tam hazır məhsul çıxacaq. Aqroparkın yaradılmasının ölkənin ixrac həcminin artırılmasında və coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında böyük rolu var.