YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: Azərbaycanın qeyri-neft potensialı kifayət qədər yüksəkdir

«Tütünçülüyün inkişafın a dair dövlət proqramının qəbul olunması bu sahənin inkişafına əhəmiyyətli dərəcədə təkan verəcək». Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, tütünçülük çox gəlirli sahədir və vaxtilə ölkəmiz bu məhsulu bir çox xarici ölkələrə ixrac edib. Onun sözlərinə görə, hazırda qlobal tütün bazarının həcmi 500 mlrd dollar dəyərindədir.

«1980-ci illərin ortalarında Azərbaycanda hər il orta hesabla 65 min ton tütün yığılırdı. 1995-ci ildə bu rəqəm 11 min tona, 2014-cü ildə isə 3 min tona endi. 2016-cı ildə 3.5 min ton tütün yığıldı. Əgər 1995-ci ildə ölkədə 8 min hektarda tütün əkilirdisə, 2014-cü ildə bu rəqəm 1.1 min hektara qədər azalıb. 2016-cı ildə 2.4 min hektrarda tütün əkilib. Dünya qiymətləri ilə hesabladıqda 1980-ci illərin ortalarındakı məhsuldarlıqla ölkə hal-hazırda ildə tütün ixracından 130 mln. dollar gəlir əldə edə bilər. Bu bir daha göstərir ki, Azərbaycanın qeyri-neft potensialı kifayət qədər yüksəkdir»- deyə, komitə üzvü vurğulayıb.