YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Sahibkarlığa dövlət qayğısı iqtisadi siyasətin başlıca istiqamətlərindən biridir

«Son illər Azərbaycan regionlarının inkişafı ilə bağlı ciddi nəticələr əldə edilib. Təbii ki, bu prosesdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının uğurla həyata keçirilməsi başlıca rol oynayır». Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP-ın İqtisadi məsələlər komissiyasının sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, regionların inkişafında sahibkarlara göstərilən dövlət qayğısı da böyük əhəmiyyətə malikdir. Onun sözlərinə görə, sahibkarlığa dövlət qayğısı iqtisadi siyasətin başlıca istiqamətlərindən biridir. 

«Bu sahə ilə bağlı hüquqi baza da kifayət qədər mükəmməldir. Dövlətimiz hər il sahibkarlara güzəştli kreditlər ayırır və Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu kreditlərin həcmi hər il artımla müşahidə olunur. Bu dövlətimizin bu sahəyə qayğısının yüksək nümunəsidir. Ötən dövr ərzində sahibkarlara verilən vəsaitin hesabına regionlarda istehsal və emal yönümlü müəsisələrin yaradılması böyük vüsət alıb. Bütün bunların nəticəsində də bölgələrdə xeyli sayda iş yerləri açılıb»- deyə, komitə sədri vurğulayıb.