YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yusif Abdullayev: Rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılması prioritet istiqamətlərdəndir

«Rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılması, bu sahədə ixracın genişləndirilməsi prioritet istiqamətlərdəndir». Bu fikri AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev deyib.

Y.Abdullayev bildirib ki, Azərbaycan Prezidentinin "Made in Azerbaijan" brendinin təbliğinə dair 5 oktyabr 2016-cı il tarixli Fərmanı bu baxımdan xüsusilə əhəmiyyətlidir.

«Hazırda Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması və ixracının genişləndirilməsi, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə təbliği məqsədilə ixrac missiyaları təşkil edilir. Beynəlxalq sərgilərdə yerli məhsullarımız vahid ölkə stendində nümayiş olunur, xarici ölkələrə ticarət nümayəndələri təyin edilir və ticarət evləri yaradılır. Eləcə də, sahibkarlara ixrac təşviqi ödənilir, ixracatçılara məsləhət xidməti göstərilir, ixtisaslaşmış assosiasiyaların yaradılması dəstəklənir»- deyə, o qeyd edib.