Xəbərlər
Prezident İlham Əliyev Qabon Prezident Ali Bonqo Ondimbaya təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qabon Respublikasının Prezidenti Ali Bonqo Ondimbaya, ölkəsinin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza sülh və rifah arzulayıram”.