YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Valeh Ələsgərov: Azərbaycan gənc dövlət olmasına baxmayaraq, beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində böyük təcrübəyə malikdir

«Azərbaycan gənc dövlət olmasına baxmayaraq, beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində böyük təcrübəyə malikdir». Bu fikri Milli Məclis sədrinin müavini Valeh Ələsgərov deyib.

V.Ələsgərov bildirib ki, Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı böyük hadisədir.

«Konfrans yüksək səviyyədə təşkil olunub. Bu ilin dekabr ayında Azərbaycanda Skaut Hərəkatının 20 illiyi qeyd olunacaq. Hesab edirəm ki, bütün bu tədbirlər dünya skautları üçün yaddaqalan əlamətdar tədbirlər kimi tarixdə qalacaq» - deyə, vitse-spiker vurğulayıb.