YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya Skaut Konfransının iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransının iştirakçıları avqustun 16-da Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycanın memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən skautçular ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə tər güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.