YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: Bu hadisə Azərbaycan gəncləri üçün də əlamətdardır

«Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ənənə halını alıb». Bu fikirləri YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

S.Orucov bildirib ki, bir neçə gündür Azərbaycan dünya skautlarının toplaşdığı məkana çevrilib. Onun sözlərinə görə, dünya skaut hərəkatı özündə 40 milyondan artıq insanı birləşdirir.

«Məlum olduğu kimi, Bakıda keçirilən tədbir dünya skautlarının bir yerə toplaşdığı ən böyük tədbirdir. Bu hadisə Azərbaycan gəncləri üçün də əlamətdardır. Hesab edirəm ki, gənclərimizin bu platformada təmsilçiliyi artacaq»- deyə, S.Orucov qeyd edib.